Bu ilin yanvar-aprel aylarında Azərbaycanda qeydə alınan ölüm hallarının, Azərbaycana gələn və ölkədən gedənlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Unikal.org-a bildirilib ki, ilin ilk dörd ayı ərzində ölkədə 20135 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,3-dən 6,2-yə qədər azalıb.

Cari ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 550 nəfər Azərbaycana gələn, 464 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 86 nəfər təşkil edib.