Qətərdə keçirilməsi planlaşdırılan futbol üzrə DÇ-2022-nin ev sahibi dəyişə bilər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb dünya çempionatına ev sahibliyi edəcək ölkənin seçimi zamanı korrupsiya qalmaqalının yaranması olub. FİFA-nın mundialın ev sahibliyini Qətərdən alacağı və dünya çempionatını başqa ölkədə keçirəcəyi iddia olunur.

Bir müddət əvvəl UEFA-nın keçmiş prezidenti Mişel Platini DÇ-2022-nin təşkilatçılığının Qətərə verilməsi zamanı qayda pozuntuları etməkdə ittiham olunub və polis tərəfindən saxlanılmışdı. Lakin Platini daha sonra azadlığa buraxılmışdı.