Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35-40 yaçlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.

Hadisəni törədən şəxs daha sonra keçmiş həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızı cinayət törədən ərindən boşanıbmış. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Cinayətydə şübhəli bilinın şəxsin axtarışları davam edir.