Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Qala qəsəbəsində 1989-cu il təvəllüdlü Abdullayeva Röya Mübariz qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.