21 Avqust 2019
20 Avqust 2019
Sabiq nazir Rüstəm Usubovun kürəkəninin yerinə onu gətirdi
Sabiq nazir Rüstəm Usubovun kürəkəninin yerinə onu gətirdi CƏMİYYƏT 10:54 2019-06-21

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq Daxili İşlər naziri Ramil Usubovun əmri ilə bir neçə gün öncə polis mayoru Mahir Quliyev Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəis müavini təyin olunub. O, bu təyinata qədər Nizami Rayon Polis İdarəsində müstəntiq işləyib.

Qeyd edək ki, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin keçmiş rəis müavini, polis mayoru Vüqar Abdullayev vəzifəsindən azad edilərək Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin rəisi təyin edilib. V.Abdullayev Baş Prokurorun birinci müavini Rüstəm Usubovun kürəkənidir.