Zerrin Özər sabah saatlarında verdiyi açıqlamada qərar dəyişdirərək, başanmaqdan vaz keçdiyini açıqlamışdı.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni növbəti dəfə qərar dəyişdirib. İlk qərarından yarımsaat sonra Zerrin Özer canlı yayıma zəng edib. O canlı yayında "Mövzu mənim üçün bağlanıb, qəti olaraq boşanıram" deyib.

Belə ki, buna səbəb Murat Akıcının atasının canlı yayında dedikləri olub. Belə ki,M.Akıcının atası, bu gün "2-ci sayfa" verilişinə zəng edərək oğlunun fırıldaqçı olduğunu, Zerrin Özerin mal varlığını əldə etmək üçün evləndiyini söyləyib.

Bundan sonra canlı yayına zəng edən Zerrin Özer, səssizliyini pozaraq bunları söyləyib:

"Boşanmakdan vaz keçmişdim, amma bundan mənim doğru bildiklərimə görə imtina etmişdim. Lakin atası efirə zəng etdi, mən həyatımda belə heç vaxt bir şey yaşamadım. Ömrümdə belə hal olmadı. Əxlaq qaydaları içərisində xalqla yaşayan biriyəm. Hər insan səhv edə bilər. Nə edəcəyimi həqiqətən bilmirəm, boşanıram. Bunu da sizə deyim. 

3 il deyil, bir il yarım ya da iki il deyək. Məndən heç bir şəkildə nəsə istəmədi. Onsuz da belə bir şey olsa birlikdə olmazdıq. Xoş niyyətli olmaqla axmaq olmaq fərqlidir. Biz də həyatı bilirik, lakin hər qadın səhv edə bilər.  Bunları bilmədən Seren Serengillə elə danışdım. Bizim sahədə hər şey ola bilər.  Mən xəstəliyim üzündən verilişələrə baxa bilmədim . Aldadılmaq həqiqətən qorxuncdur. Bir çox mövzuda ona inandım. Çünki insanların keçmişində hər şey ola bilər. Mənə atasının öldüyünü söyləmişdi məgər yaşayırmış. Hazırda onun sağ olduğunu öyrənən zaman çox təəccüləndim". 

Qeyd edək ki, İyunun 16-da ailə quran Zerrin Özerin  sevgilisi  Murat Akıncı ilə evliliyi çox çəkməyib. Özündən 27 yaş kiçik həyat yoldaşının fırıldaqçı olduğunu öyrənən müğənni boşanma qərarı alıb.  Hətta 3 günlük həyat yoldaşıyla bağlı öyrəndiklərindən sonra onun səhhətində problem yaşabnmışdı.