Monteneqronun Baş naziri Duşko Markoviç iyunun 23-də Azərbaycana rəsmi səfərə gəlib.

Unikal.org xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Baş nazirin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirilib.