İyunun 7-də   Türkiyə Gözəli Amine Gülsə ilə evlənən məşhur futbolçu Məsud Özil, bal ayına Çeşmədə davam edir. Dünən axşam xaricdən gələn qonaqlarını qarşılayan Özil gərgin anlar yaşayıb.

Unikal.org Türkiyə mətbuatıan istinadən xəbər verir ki, 2 mərtəbəli lüks villada Almaniyadan gələn qonaqlarını də qəbul edən Özil əyləndiyi məkandan çıxarkən gərgin anlar yaşayıb. 

Onların yanlarına gələn səyyar çiçək satıcılarına qışqıraraq reaksiya verib. Özil'in yoldaşları da səyyar satıcılara reaksiya verib. Qısa sürən gərginlikdən sonra stresli olduğu görülən Özil çiçək almadan yanındakı yoldaşları ilə əyləncə məkanının qarşısından uzaqlaşıb.

Bildirilir ki, Özil Almaniyadan gələn bir neçə dostu ilə Alaçatıdakı bir əyləncə məkanında 3 saat əylənib.