"Yuventus"un ulduzu Ronaldo sevgilisi Georgina Rodriges və övladları ilə birlikdə istirahətə yollanıb. 

Unikal.org xəbər verir ki, portuqaliyalı futbolçu istirahət üçün Aralıq dənizi sahillərini seçib. Ronaldo istirahətdən fotoları şəxsi "instagram" hesabında paylaşıb. 

Portuqaliyalı ulduzun bu tətil üçün icarəyə götürdüyü yaxta həftəlik 200 min dollar və Yunanıstanda kirayə qaldığı villa üçün də 56 min avro xərclədiyi bildirilir. İcarəyə götürdüyü 47m-lik yaxtın 6 yataq otağı, idman və kino salonları var.