17 Oktyabr 2019
16 Oktyabr 2019
Bakıda öldürülən kişinin yaxınları axtarılır - FOTO
Bakıda öldürülən kişinin yaxınları axtarılır -FOTO HADİSƏ 17:58 2019-06-24

Cari il iyun ayının 23-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsi 78 ünvanında təxminən 50-55 yaşlarında avtomobil tərəfindən vurularaq öldürülən naməlum kişi meyiti aşkar edilib.

DİN-in Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, həmin şəxsin xarakterik əlamətləri belədir: boyu 170-175 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qaradır. Tapılan zaman əynində boz rəngli şalvar və çəhrayı rəngli köynək olub.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə (012) 450-02-02, həmçinin (070) 272-00-73 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.