Türkiyənin İzmir şəhərində iki minik avtomobili toqquşub.

Unikal.org xəbər verir ki, toqquşma nəticəsində 3 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

Qeyd edilir ki, hadisə yerində təcili yardım briqadaları və xilasedicilər cəlb edilib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.