16 Oktyabr 2019
15 Oktyabr 2019
Şəkər tozu və çay bahalaşdı
Şəkər tozu və çay bahalaşdı DÜNYA 12:08 2019-06-25

Türkiyədə əsas ərzaq məhsullarının qiyməti artıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Türkiyə Şəkər Fabrikləri A.Ş.” bu gün şəkər məhsullarını 16% bahalaşdırdığını elan edib. Bundan sonra 50 kq-lıq kisədə şəkər alıcılara 3,57 lirədən (1,05 manat) təklif olunacaq. 

Şəkərlə yanaşı, qonşu ölkədə quru çayın da qiyməti artırılıb. Bu gündən etibarən Türkiyənin Çay Müəssisələri Baş idarəsi (ÇAYKUR) işçi və əməliyyat xərclərini nəzərə alaraq çayı 15% bahalaşdırdığını bəyan edib.