16 Oktyabr 2019
15 Oktyabr 2019
Azərbaycanlı gənc bacısının yanına qonaq getdi - Türkiyədə faciəli şəkildə belə öldü (VİDEO)
Azərbaycanlı gənc bacısının yanına qonaq getdi -Türkiyədə faciəli şəkildə belə öldü (VİDEO) HADİSƏ 14:16 2019-06-25

Azərbaycandan tətil üçün Türkiyənin Yalova bölgəsinə gedən gənc, işıqforun qırmızı işıqdan velosipedlə keçmək istəyərkən qəzaya düşüb.

Unikal.org xəbər verir ki, Azərbaycandan Yalovaya bacısının yanına gəzməyə gələn 21 yaşlı Hüseyn Zülfüoğlu velosipedlə küçəyə çıxıb.  Yalova-İzmit magistral yolunda işıqforun qırmızı işığından keçən Hüseyn Zülfüoğlu, digər yolda hərəkət edən avtomobillərin qarşısına çıxıb. Sürətlə gələn avtomobillərin zərbəsinin təsirindən Hüseyn Zülfüoğlu velosipedlə birgə 20 metrə  yaxın kənara düşüb. O, aldığı zərbədən yerindəcə dünyasın dəyişib. 
Hüseyn Zülfüoğlunun meyti Bursa Tibbi Ekspertiza Mərkəzinə aparılıb. Mərhumun nəşi ekspertiza olunduqdan sonra Azərbaycana göndəriləcək.