21 Oktyabr 2019
20 Oktyabr 2019
Sərxoş sürücü "KaMAZ"-la 6 yaşlı uşağın üstündən keçdi - FOTO
Sərxoş sürücü "KaMAZ"-la 6 yaşlı uşağın üstündən keçdi -FOTO HADİSƏ 00:37 2019-06-26

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, Xırdalan şəhəri ərazisində Müşfiq İsgəndərov idarə etdiyi "KaMAZ" markalı yük maşını ilə 2013-cü il təvəllüdlü Xəlilzadə Məhmət Oqtay oğlunu vurub və ərazidən uzaqlaşıb. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Aparılan tədbirlər nəticəsində M. İsgəndərov saxlanılıb.

Məlum olub ki, M.İsgəndərov idarə etdiyi avtomobillə azyaşlının üstündən keçdikdən sonra Ceyranbatan qəsəbəsinə gedib. Polis tərəfindən saxlanılan sürücü Alkoqol Sərxoşluğunun Müayinə Məntəqəsinə aparılıb və onun sərxoş olduğu üzə çıxıb. Sürücünün verdiyi məlumata görə, uşağı avtomobillə vurduğunu hiss etmədiyindən hərəkətinə davam edib.

Hazırda faktla bağlı istintaq araşdırmaları aparılır.