Bakı şəhərinin Suraxanı rayonunda sex yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² olan tikilinin (qapı-pəncərə sexi kimi fəaliyyət göstərir) içərisində plastik və rezin materiallar yanıb. Tikilinin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.