Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini Qəribov Orxan İlham oğlu idarə etdiyi "Changan" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 30-35 yaşlı qadını vurub.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.