İtaliya polisi Kamorra mafiyası kimi bilinən qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirib.

Unikal.org-un məlumatına görə, əməliyyat ölkənin müxtəlif vilayətlərində təşkil edilib. Polisin basqını nəticəsində 126 nəfər həbs olunub, 130 milyon avro dəyərində əmlak müsadirə edilib. 

Qeyd olunur ki, əməliyyat İtaliyanın cənubunda böyük nüfuza sahib Kontini, Mallardo və Liççardi klanlarına qarşı həyata keçirilib.