Ötən gecə Saatlıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un Trendə istinadən məlumatına görə, qəza Hacıqabul-Bəhrəmtəpə yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "VAZ" markalı avtomobilləri arasında baş vermiş qəzada bir nəfər xəsarət alıb. Hadisə nəticəsində "VAZ" markalı avtomobil yararsız vəziyyətə düşüb, yaralı şəxs isə xəstəxanaya çatdırılıb.