Cəlilabad rayonunda məscidin həyətindəki nəzir qutusundan oğurluq edilib.

DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məsçidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Mahmudov saxlanılıb.

Araşdırma aparılır.