Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın başlayıb. 

Unikal.org xəbər verir ki,  dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.