Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "Piramida plaza"da yanğın olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, yanğın plazanın 14-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtanı əhatə edib.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində yüklənmə olub.

Əraziyə 5 yanğınsöndürən maşını, 20 canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb.