İyunun 25-də Bakı şəhər sakini T.Quliyevin Ağcabədi şəhərinə gələrək orada yaşayan qaynatası M.Məmmədovun evinin istiqamətində 1 dəfə tüfənglə atəş açması, xəsarət alan olmaması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Bu barədə Unikal.org-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək, müvafiq tədbirlər həyata keçirilib.

T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılmış, ona məxsus “Ford” markalı avtomobilə baxış zamanı tüfəng aşkar edilərək götürülüb.

Hazırda araşdırma aparılır.