Əməkdar artistlər Bəhram Bağırzadə ilə Tahir İmanov bu dəfə məmurları tənqid edib.  

Unikal.org xəbər verir ki, videoçarxda Tahir İmanov vəzifəli şəxs obrazını canlandırıb.

O, uzun müddət vəzifədə çalışdığını qeyd edib: “27 il, 8 ay, 25 gün, 4 saat vəzifədə işləmişəm. Nə az, nə çox! Dünyanın heç bir yerində belə şey olmayıb. Heç nədən məni bayıra tulladılar. Niyə? 32 milyon oğurlamışam. 32 milyon nədir ki? Camaat 70-100 milyon oğurlayır. Özü də dollarla”. 

Qeyd edək ki, "Parni iz Baku” bu dəfə biabırçı məğlubiyyətlə üzləşən, buna görə də "topa tutular” futbol komandamızı və AFFA-nı hədəfə alıb. Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov AÇ-2020-nin seçmə mərhələsində Macarıstana və Slovakiyaya uduzan Azərbaycan millisini ələ salıb, tənqid ediblər.