Yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyyə xidmətinə başlanılacaq.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirilib. Agentlik sürücülərin məlumatlandırılması məqsədilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları diqqətə çatdırıb. Qeyd olunub ki, bu ünvanlar vətəndaşlar müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir.