İddialı pozaları və cəsur tərziylə tez-tez gündəmə gələn 48 yaşlı İngilis müğənni Amanda Holden, tennis oynayarkən ətəyini qaldıraraq jurnalistlərə alt paltarını göstərib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Amanda Holden tennis idman növü ilə məşğul olduğundan o boş vaxtlarını tennis idman meydançasında keçirir. Bu meydanda oyunundan çox etdiyi ehtiraslı hərəkətləri ilə gündəmə gəlir. 

Holden tennis oynayarkən matçın ortasında bir anda ətəyini qaldırdı və jurnalistlərə alt paltarı göstərdi.

Tərəfdarları Holdenin hərəkətinə təəccüblənmədiklərini, bu günə qədər etdiyi çılgınlığını nəzərə alaraq, olduqca adi qarşılayıblar. 

Qeyd edək ki, 48 yaşlı müğənni Dünya Qadınlar Gününündə şalvarını endirərək qadınları təbrik etmişdi.

İngiltərədə təşkil edilən bir qabiliyyət yarışmasında münsiflik edən Holden, üzərində 'Cəl ol qızım yazan bir köynək geyindi və fotoşəkilə çılpaq təəssüratı vermək üçün şalvarını endirib.