Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı ilə Rusiya vətəndaşı arasında silahlı insident baş verib.

Unikal.org anspress-ə istinadən bildirir ki, dava Bolşeviklər prospektində, "Kristal" qaraj kooperativində baş verib. Hadisə nəticəsində bir nəfər yaralanıb.

Hadisə yerinə çağırılan polis əməkdaşları 34 yaşlı azərbaycanlını və daha əvvəllər aliment ödəmədiyinə görə məsuliyyətə cəlb olunan 41 yaşlı Nevsk rayon sakinini saxlayıblar.

Üzərindən pnevmatik tapança  götürülən 41 yaşlı Sankt-Peterburq sakini isə sağ döş qəfəsindən aldığı güllə yarası ilə daha sonra xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.