Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Neftçilər prospektində piyada keçidi olmayan yerdə yaşlı qadın yolu keçməyə çalışır. O, yolun tən ortasına qədər gələrək dayanır. Bu zaman "Lada-Priora” markalı avtomobil onu vurur.

Sürücü qadını son anda görür və avtomobili sağa çəkir. Həm sutkanın qaranlıq vaxtı, həm də yolun görünmə məhudluğu olduğu üçün piyada vurulur. Xoşbəxtlikdən çox ağır xəsarət almır. Yerdən qalxaraq əks istiqamətdə qayıdır.