Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.  

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edərək müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. R. Məmmədov və digər təqsirləndirilənlər də barələrində bəraət hökmü çıxarılmasını istəyiblər. Bundan sonra məhkəmə müşavirəyə gedib. (APA)

Müşavirədən sonra prosesdə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib.

Qeyd edək ki, günün birinci yarısında keçirilən məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı R. Məmmədov və İsfəndiyar İsfəndiyarovun 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib və həmin müddətin başa çatmış hesab edilməsini, onların məhkəmə zalından azadlığa buraxılmasını, təqsirləndirilən Arzu Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını istəyib.