Paytaxtda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org anspress-ə istinadən bildirir ki, Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yol patrul xidmətinə məxsus postun yaxınlığında qeydə alınb.

Qəza zamanı paytaxta doğru hərəkətdə olan Qaradağ rayon sakini, 52 yaşlı Məhərrəmov Bəxtiyar Məmmədağa oğlu idarə etdiyi "VAZ 21 06" markalı avtomobili ilə beton araskəsməyə çırpılıb.

Nəticədə avtomobil aşıb. Bundan sonra deformasiyaya uğrayan avtomobilin salonunda sürücü Bəxtiyar Məhərrəmov dünyasını dəyişib. Onun yanında sərnişin qismində əyləşən həyat yoldaşı isə ağır bədən xəsarətləri alıb.

Xanım dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Səhiyyə ocağından verilən məlumata görə, xanımın vəziyyəti orta ağırdır.

Qəza zamanı yolda avtomobil sıxlığı yaranıb. Yolda sıxlıq yaranmasın deyə, qəzaya uğramış avtomobil evakuator vasitəsilə ərazidən uzaqlaşdırılıb.

Baş vermiş hadisə ilə bağlı ilkin avtotexniki ekspertizia təyin edilib. Qəzanın dəqiq nə səbəbdən baş verdiyi araşdırılır.