Türkiyənin Giresun vilayətinin Espiye rayonunda sərnişin avtobusu dərəyə aşıb.

Unikal.org xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb, 10-u yaralanıb. 

Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.