24 Avqust 2019
DSX Keçikçi dağdakı İNSİDENTLƏ bağlı MƏLUMAT YAYDI
DSX Keçikçi dağdakı İNSİDENTLƏ bağlıMƏLUMAT YAYDI HADİSƏ 15:56 2019-07-15

14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib.

Bu barədə Unikal.org-a DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılmış və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilmiş, baş vermiş hadisə birgə araşdırılmış, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib.