19 Avqust 2019
18 Avqust 2019
Xocahəsəndə AĞIR QƏZA: Minik avtomobili yük maşını ilə toqquşdu
Xocahəsəndə AĞIR QƏZA:Minik avtomobili yük maşını ilə toqquşdu HADİSƏ 17:39 2019-07-16

Bir qədər əvvəl Xocahəsən qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, adıçəkilən qəsəbədən üzü şəhər istqamətində hərəkətdə olan minik avtomobili yük maşını ilə toqquşub. Toqquşmanın gücündən hər iki avtomobil yol kənarına aşıb. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıblar.

Qeyd edək ki, qəza səbəbindən Xocahəsən yolunda tıxac da yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Qəzanın səbəbləri araşdırılır.