Hollandiya Futbolçular Birliyinin yeni prezidenti məlum olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu vəzifəyə Ukrayna millisinin keçmiş üzvü Yevgeni Levçenko seçilib. Bu barədə sabiq yarımmüdafiəçi rəsmi “tvitter” hesabından məlumat yayıb.

Levçenko, Hollandiya Futbolçular Birliyinin prezidenti postunda Denni Hespanı əvəzləyib.

Hespa 14 il idi ki, quruma rəhbərlik edirdi.