Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria Baş Prokurorluqda istintaqa ifadə verib.

Unikal.org xəbər verir ki, nazir Tbilisidə iyunun 20-21-də baş vermiş hadisələrlə bağlı dindirilib.

G.Qaxarianın dindirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin xüsusi bəyanat yayacağı gözlənilir.