16 Sentyabr 2019
15 Sentyabr 2019
Ermənistanda polislə toqquşma - Xəsarət alanlar var
Ermənistanda polislə toqquşma -Xəsarət alanlar var DÜNYA 08:55 2019-07-18

Ermənistanın Ecevan şəhərində polislə etiraz aksiyasını iştirakçıları arasında toqquşma baş verib.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, toqquşmalar zamanı 13 nəfər xəsarət alıb:

"İcevanda toqquşmalar nəticəsində şəhərin tibb mərkəzinə 13 nəfər yerləşdirilib. Xəsarət alanlar lazımi müayinədən keçirlər... Onlar həkimlərin nəzarətində saxlanılırlar. Həkimlər xəsarət alanların bir hissəsini təkrar müayinədən sonra evə buraxacaqlar".