Bakıda Türkiyə vətəndaşı qarət olunub.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində baş verib.

Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Ezel Rəna Yusif qızı polisə müraciət edərək bildirib ki həmin ünvanda onun 150 manatını və bank kartlarını oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.