Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə yolun Xırdalan qəbristanlığının yaxınlığından keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 6 maşın toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib və əraziyə evakuator cəlb olunub. 

Hazırda həmin yolda böyük tıxac var.