Taylandın məşhur kurort zonalarından olan Krabi adasındakı plajda gecə yarısı dənizə çılpaq şəkildə girən turistlər saxlanılıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, turistlərin 5-i qadın 1-i kişidir.  

Bildirilir ki, Taylandda gecə yarısı üzmək üçün çılpaq şəkildə soyunan Avstraliya, İspaniya, İngilis ve Yaponiyadan gələn turistlər Krabi xalqının da qəzəbinə tuş gəlib. 17-20 yaşlarında olan gənc turistlərə polis müdaxilə edib. 

Çimərlikdən çıxarılan həmin şəxslər paltarlarınəın olduğu yerə qədər çılpaq şəkildə getməli olublar.  Onların görüntüləri yerli sakinlər tərəfindən lentə alınıb. 

Turistlər polis bölməsinə aparılıb, daha sonra hər biri 16 dollar dəyərində cərimələnib.