Dağıstanlı MMA döyüşçüsü Həbib Nurməhəmmədovla rinqə çıxmaq istəyən  Floyd Meyvezer daha bir iddia ilə gündəmə gəlib. 

Unikal.org xarici mətbuata sitinadən xəbər verir ki, Həbibin meneceri Ali Abdelaziz Meyvezer üçün  verdiyi açıqlama mətbuatın gündəminə düşüb. 
Menecerin  sözlərinə görə, ən zəngin idmançı döyüş üçün Həbibə yalvarır:

"Qarşılaşma üçün yalvarır. Pulu qurtarıb yəqin".  

Qeyd edək ki, 1 milyard dollar sərvəti olan Meyvezerer Forbes"ə görə ən zəngin idmançıdır. O Həbibi dəfələrlə rinqə çağırsa da rədd cavabı alıb.