İranın qərbindəki Qərbi Azərbaycan əyalətində yerləşən dünyanın ən böyük duzlu göllərindən Urumiya Gölü sakinlərin üzünü güldürüb. 

Unikal.org xəbər verir ki, son aylarda artan yağışlar sayəsində yenidən göldə canlılıq yaranıb. Bu da bölgə xalqı tərəfindən sevinclə qarşılanıb.  
Urumiya Gölünün su səviyyəsi   9 ay ərzində  5 qat artıb. Bu canlılığın böyük bir ekoloji və sosial fəlakəti də önlədiyi bildirilir.

Qeyd edək ki, İranın şimal-qərbində Türkiyə sərhədində yerləşən və adını Azərbaycan Türkləri ilə kürdlərin yaşadığı Urmiya şəhərindən alan Urmiya Gölü, ötən ilə qədər tamamilə quruma təhlükəsiylə qarşı-qarşıya idi. Ən dərin nöqtəsi 16 metr olan və təxminən 95 faizi qurumağa başlamışdı.

Bu da xalqın haqlı narazılığına, etirazına səbəb olmuşdu.