22 Avqust 2019
21 Avqust 2019
Hoteldə 21 yaşlı qızı öldürən şəxsə hökm oxundu
Hoteldə 21 yaşlı qızı öldürən şəxsə hökm oxundu KRİMİNAL 17:27 2019-07-18

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən N. Əliyev 18 il müddətə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, ötən ilin sentyabrında Abşeron rayonunda yerləşən "Oskar" hotelində 35 yaşlı N. Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.