06 Dekabr 2019
Xəzərdə 19 yaşlı gənc boğuldu
Xəzərdə 19 yaşlı gənc boğuldu HADİSƏ 21:13 2019-07-18

Xəzər dənizində, qeyri-çimərlik ərazidə 1 nəfər çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org- a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2000-ci il təvəllüdlü Abbasov Sadiq Vüqar oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.