Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Unikal.org xəbər verir ki, təmsilçilərimizdən ilk olaraq “Səbail” meydana çıxıb. 

Aftandil Hacıyevin komandası Rumıniyada “Universitatya Krayova”nın qonağı olub. Bakıdakı görüşdə 2:3 hesabı ilə uduzan "Səbail" səfərdə də eyni hesabla məğlub olaraq, ilk dəfə iştirak etdiyi Avroliqada mübarizəni dayandırıb.