Bu gün Mingəçevir, Yevlax, Şirvan, Qızılqum, Bilgəh, Nardaran çimərlik və qeyri-çimərlik (nəzarətsiz) ərazidə 10 nəfər çimərkən batma təhlükəsilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslərin həyatı xilas edilib.