Bu ilin birinci yarısında Bakı metropolitenin xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 116,6 mln. nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% azdır.

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, ötən il metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 0,9% artaraq 231 mln. nəfər olub.