ETSN Qax rayonunun Ağyazı kəndi yaxınlığında baş verən yanğınla bağlı məlumat yayıb. 

Unikal.org xəbər verir ki, nazirliyin departament direktoru Hikmət Əlizadə jurnalistlərə bildirib ki, yanğının qoruq ərazisinə keçməsinin qarşısı nazirliyin əməkdaşlarının, yerli sakinlərin və yanğınsöndürənlərin sayəsində alınıb. 

“Qax rayonu Xırsa və Ağyazı kəndləri ərazisində kimlərinsə kövşən və biçənəkləri yandırması səbəbindən “İlisu” Dövlət Təbiət Qoruğunun sərhədləri yaxınlığında baş verən yanğın qoruğun meşə sahəsinə keçə bilərdi və təbiətə böyük ziyan dəyərdi. Buna görə yaxınlıqdakı kəndlərin sakinlərinə, yerli qurumlarımızın əməkdaşlarına, FHN əməkdaşlarına çəkdikləri əziyyətə görə minnətdarlıq bildirirəm”.