Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat nadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qubalı-Baloğlan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil anidən idarəetməni itirib və yolun kənarına aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanların kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.