ABŞ-ın dövlət katibi Maykl Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb. 

Bildirilir ki, danışıq zamanı ikitərəfli münasibətlər, "F-35” və “S-400” məsələləri, Suriyadakı vəziyyət, Membiçdən PKK/YPG-PYD terror qruplaşmasının çıxarılması müzakirə olunub. 

Onlar həmçinin İdlibdə atəşkəsin pozulması və Suriyada təhlükəsizlik bölgəsinin yaradılmasına dair fikir mübadiləsi aparıblar.