Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə hava zərbəsi endirib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirlyinin məlumatında deyilir.

Qeyd edilir ki, hava zərbəsi nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.