“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun mənimsənilən 4500 manatı qaytarılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bir müddət əvvəl Ş.Xuduoğlu bir neçə şəxs tərəfindən 4500 manatının mənimsənilməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.

Onun müraciətindən sonra Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb.

Ş.Xuduoğlunun 4500 manatı qısa müddət ərzində qaytarılıb.  

Ş.Xuduoğlu DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirib.